100-dən çox məhbus həbsxanadan qaçdı

 100-dən çox məhbus həbsxanadan qaçdı
  30 Noyabr 2018    Oxunub:3395
İndoneziyanın Sumatra adasının Açex əyalətində yerləşən həbsxanadan azı 113 məhbus qaçıb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin “Xinxua” agentliyi İndoneziyanın Ədliyyə və İnsan Haqları Nazirliyinin rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, məhbuslar ötən gün həbsxana pəncərələrindəki dəmir barmaqlıqları qıraraq qaçıblar.İndoneziyanın hüquq-mühafizə orqanları qaçan məhbuslardan yalnız 4-nü ələ keçirə bilib. Hazırda digərlərinin axtarışı davam etdirilir.

Yerli KİV-in məlumatına görə, məhbusların qaçışına həbsxanada baş verən qiyam səbəb olub.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: İndoneziya   Sumatra  





Xəbər lenti