ATƏT-in fransalı həmsədri Bakıya gəlib

ATƏT-in fransalı həmsədri Bakıya gəlib
  02 Noyabr 2013    Oxunub:883
ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Jak For Bakıya gəlib.
Digər həmsədrlər - Ceyms Uorlik (ABŞ) və İqor Popov (Rusiya) Azərbaycana istirahət günləri gələcəklər.

Vasitəçilər noyabrın 4-də Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşərək, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini müzakirə edəcək, həmin gün də İrəvana yola düşəcəklər.

Vasitəçilərin bölgəyə səfərində əsas məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkilidir.

Qeyd edək ki, amerikalı həmsədr Ceyms Uorlik oktyabrın 21-də Azərbaycanda qısamüddətli səfərdə olub.(apa)



Teqlər:





Xəbər lenti