Vaşadze növbədənkənar seçki tələb edir

 Vaşadze növbədənkənar seçki tələb edir
  30 Noyabr 2018    Oxunub:4860
Gürcüstanın vahid müxalifəti ötən gün keçirilən prezident seçkilərinin nəticələrini tanımır.

Azvision.az xəbər verir ki, bu barədə “Vahid Milli Hərəkat” partiyasının prezidentliyə namizədi Qriqol Vaşadze bəyanat yayıb. O, növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edib.
Bundan əlavə, Vaşadze dekabrın 2-də Tbilisinin Rustaveli prospektində kütləvi aksiyanın keçiriləcəyini bildirib.

Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ötən gün keçirilən ikinci turunda hazırki iqtidarın dəstəklədiyi namizəd Salome Zurabişvili 59,52 faiz səs toplayaraq qələbə qazanıb. Onun rəqibi Qriqol Vaşadze isə 40,48 faiz səs yığıb.

Azvision.az



Teqlər: Vaşadze   Gürcüstan  





Xəbər lenti