"Sərhəd" əməliyyatı - Xeyli sayda silah-sursat tapıldı

  "Sərhəd" əməliyyatı  - Xeyli sayda silah-sursat tapıldı
  29 Noyabr 2018    Oxunub:1833
Azərbaycan Respublikasının və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il noyabrın 19-dan 25-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində "Sərhəd" şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.
Azvision.az xəbər verir ki, "Sərhəd" əməliyyatı zamanı qanunsuz saxlanılan 9 avtomat silahı, 1 qumbaraatan, 5 tapança, 80 tüfəng, 31 ədəd sandıqça, 40 qumbara, 30 ədəd qumbara alışdırıcısı, 20 ədəd digər hərbi ləvazimat və sursat, 5642 ədəd müxtəlif çaplı patron aşkarlanaraq müvafiq qaydada götürülüb.

Azvision.az



Teqlər: Sərhəd   Əməliyyat  





Xəbər lenti