ABŞ Səudiyyə ilə 15 milyardlıq hərbi saziş imzaladı
“26 noyabrda Səudiyyə Ərəbistanı və ABŞ-ın vəzifəli şəxsləri “təklif və təklifin qəbul edilməsi haqqında məktublar”ı imzalayıblar. Ölkəmizin, o cümlədən də İsrailin və regiondakı digər tərəfdaşlarımızın maraqlarının təmini məqsədilə ABŞ Səudiyyə Ərəbistanının etibarlı tərəfdaşı olaraq qalmaqda niyyətlidir”, - məlumatda vurğulanıb.
Həmçinin, qeyd olunub ki, 2017-ci ilin dekabrında Dövlət Departamenti Ər-Riyada 44 “THAAD” kompleksi, 360 ədəd hədəftutucu raketlər, 16 idarəetmə qurğusu və 7 ədəd radar sisteminin satılması barədə ümumilikdə 15 milyard dollarlıq sazişin imzalanmasına dair ABŞ Konqressini məlumatlandırmışdı.
Xatırladaq ki, hazırkı saziş Səudiyyə ilə ABŞ arasındakı 450 milyard dollarlıq hərbi anlaşmanın tərkib hissəsidir.
Leyla Elbrusqızı
Azvision.az