Gürcüstanda jurnalistə hücum edilib

 Gürcüstanda jurnalistə hücum edilib
  28 Noyabr 2018    Oxunub:4219
Bu gün Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda səsvermə prosesini canlı yayımlayan “Pirveli” teleşirkətinin jurnalistinə hücum edilib.

Azvision.az “Novosti-Qruziya”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Nino Cavaxadze keçirdiyi brifinqdə deyib.
Bildirib ki, jurnalistə qarşı mümkün fiziki təhqir və digər 3 fakt üzrə istintaq başladılıb. Cavaxadze, həmçinin vurğulayıb ki, Mçxeta və Batumi şəhərlərindəki seçki məntəqələrində baş verən insidentlərlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Pirveli” teleşirkəti paytaxt Tbilisinin Qldani rayonunda bu gün səhər canlı yayıma çıxan jurnalisti Tatio Çapiçadzeyə 2 qadının hücum etdiyini bildirib. Belə ki, insanları avtobuslara yığaraq Qldanidəki seçki məntəqələrindən birində səs verməyə gətiriblər və bu zaman canlı yayım edən jurnalist hücuma məruz qalıb. İnsidentlə əlaqəadr yayım kəsilib.

Cavaxadze bir neçə seçki məntəqəsi ətrafında çox sayda polis texnikası və canlı qüvvəsinin, hətta xüsusi formalı polislərlə dolu avtobusların cəmləşdirilməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu, sesvermə gününün təhlükəsiz və sakit şəraitdə keçməsini təmin etmək üçün görülən tədbirdir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Gürcüstan   Seçki  





Xəbər lenti