"Elə bir insan yoxdur ki, təhsilə bağlı olmasın"

"Elə bir insan yoxdur ki, təhsilə bağlı olmasın"
  28 Noyabr 2018    Oxunub:1513
Azərbaycanda təhsil sahəsinə qoyulan sərmayə insan kapitalının formalaşmasına, gələcəyimizin yüksək inkişafına və yeni kadrların yetişdirilməsinə qoyulan investisalardır. Bu investisiya artıq özünü doğrultmaqdadır.
Azvision.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib. Vitse-spiker bildirib ki, Azərbaycanda elə bir insan yoxdur ki, təhsil sahəsi ilə bağlı olmasın.

"Elə bir ailə yoxdur ki, bu sahədə yeridilən siyasət, əldə edilən nəticə və üzləşdiyimiz problemlər onların həyatına təsir etməsin. Son beş ildə çox işlər görülüb".

B.Muradovanın sözlərinə görə, Azərbaycan dövlətinin bütün sahələrdə müasirləşməsi məsələsi qarşıya qoyulan vəzifələrdəndir. O, əlavə edib ki, bunun ağırlıq yükü müəllimlərin çiyinlərindədir.

MM sədrinin müavini qeyd edib ki, təhsilalanın ailəsi də təhsil problemlərinin həlli məsələsindən kənarda qalmamalıdır: "Valideynlərin övladları ilə birlikdə təhsilalma prosesində iştirakına ciddi diqqət yetirməliyik. Ailənin öz maddi imkanını öz övladının təhsilinə yönəltməsində qeyri-adi bir şey yoxdur. Bəzən cəmiyyət bunu birmənalı qarşılayır. Burada qəbahət heç bir şey yoxdur".

Aytən Zəhra
Azvision.az


Teqlər: Bahar-Muradova   Təhsil  





Xəbər lenti