Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə olunub
Komitə sədri qeyd edib ki, Azərbaycan Avropanın tərəfdaşı olmaqla yanaşı, qitənin problemlərinin həllinə kömək göstərməyə qadir ölkədir. “Azərbaycan hazırda Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Qarşılıqlı hörmət və ortaq maraqlar tərəfdaşlığımızın strateji bünövrəsini formalaşdırır. Ölkəmiz Avropa ölkələri, o cümlədən Böyük Britaniya ilə yaxşı əlaqələrə malikdir”,- deyə Səməd Seyidov vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Səməd Seyidov diqqətə çatdırıb ki, Ermənistanın yürütdüyü işğalçılıq siyasəti Cənubi Qafqaz bölgəsində sabitliyə və təhlükəsizliyə ciddi təhdiddir.
Sonra görüşdə deputat Asim Mollazadə fikirlərini bölüşərək hazırda dünya siyasətində baş verən hadisələrə, münaqişə bölgələrindəki vəziyyətə toxunub. Bildirib ki, Azərbaycan regionda təhlükəsizliyin qorunmasına və Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verir.
Söhbət zamanı Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Ordeni maraqlandıran suallar cavablandırılıb.
Azvision.az
Teqlər: Milli-Məclis Aİ