Dindən yazanlara pul veriləcək

Dindən yazanlara pul veriləcək
  01 Noyabr 2013    Oxunub:877
Azərbaycanda dinlərarası dialoq sahəsində yazan xarici mütəxxəsislərə təqaüd ayrılacaq.
Bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan tolerantlıq modelini dünyaya çatdırmalıdır: "Bu model təbii ki, dünyada vacibdir. Biz may ayından Milli Tolerantlıq Mərkəzinin layihəsinin həyata keçirilməsinə başlamışıq. Bu layihə bizim komitə ilə BMT arasında müqaviləyə əsasən həyata keçirilir, İSESCO ilə Mədəniyyətlərarası Alyans tərəfindən də dəstəklənir. Bu model çərçivəsində ilkin mərhələdə xarici mütəxəssisə, o cümlədən doktorluq dissertasiyası yazana multikulturalizm və tolerantlıq, dinlərarası dialoq sahəsində işlərinin Azərbaycanda tamamlamaq üçün 2 aylıq yaşayış və təqaüd ayrılacaq. Bu, mühüm məsələdir. Bu prinsip tolerantlıq konsepsiyasına aiddir. Bu fəlsəfi fikir Azərbaycanda yaşanır və dövlət də bunu dəstəkləyir."


Teqlər:





Xəbər lenti