AQTA sədri Gəncədə yerli bölmənin işi ilə tanış olub

AQTA sədri Gəncədə yerli bölmənin işi ilə tanış olub
  25 Noyabr 2018    Oxunub:4451
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 24-də Gəncədə yerli bölmənin fəaliyyəti ilə yaxından tanış olub, əməkdaşlarla görüşüb, onların biliklərini yoxlayıb və öz tövsiyələrini verib.
Agentlikdən Azvision.az-a verilən məlumata görə, Q.Təhməzli səfər çərçivəsində Tovuz şəhər Heydər Əliyev Mərkəzində Qida Təhlükəsizliyi İnstitutunda işləmək üçün müraciət edən vətəndaşlarla görüşüb. Görüşdə Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşlar iştirak edib. Hüquqşünaslıq, iqtisadiyyat, əmtəəşünaslıq, qida mühəndisi, genetika, tibbi profilaktika, fitosanitariya, aqronomluq, zootexnik, kimya, biokimya, biologiya, mikrobiologiya, maliyyə və mühasibat uçotu ixtisasları üzrə ali təhsili olan və işə qəbul üçün müraciət edən vətəndaşlarla fərdi qaydada söhbət aparılıb.

Agentliyin sədri vətəndaşların müraciətlərini və təkliflərini dinləyərək müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib. Sədr görüş zamanı dövlətimizin başçısının qida təhlükəsizliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamların qida zəncirinin bütün mərhələlərində istehlakçıların hüquqlarının qorunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün münbit şəraitin yaradılması və şəffaflığın təmin olunması istiqamətində inkişafa təkan verəcəyini vurğulayıb.

Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti