Britaniya Rusiyaya qarşı Ukrayna ordusunu gücləndirir

Britaniya Rusiyaya qarşı Ukrayna ordusunu gücləndirir
  24 Noyabr 2018    Oxunub:4579
Böyük Britaniya Ukraynanın xarici təcavüzdən qorunması üçün 11 milyon funt-sterlinq maliyyə ayıracaq.

Azvision.az “Russia Today”ə istinadən xəbər verir ki, bu barədə “Münaqişələrin qarşısının alınması, sabitlik və təhlükəsizliyiə dəstək Fondu”nun 2018-2019-cu illər üzrə hesabatında yazılıb.
Sənəddə qeyd olunur ki, Ukraynanın xarici təcavüzdən qorunması və ərazi bütövlüyünün qorunub saxlanması naminə Britaniya Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin müdafiə xarakterli döyüş hazırlığının təkmilləşdirilməsinə yardım edəcək. Bu proqramın həyata keçirilməsi ilə Britaniyanın Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Beynəlxalq İnkişaf Departamenti, Milli Kriminal Agentliyi və Britaniyanın vergilər və gömrük rüsumları üzrə Dövlət İdarəsi məşğul olacaqlar.

Ekspertlər istisna etmirlər ki, Britaniyanın bu cür yardımı Rusiyaya “zərbə endirmək” niyyəti güdür.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ukrayna   Britaniya   Rusiya  





Xəbər lenti