Bakıda isti olsa da, rayonlara yağış yağacaq

Bakıda isti olsa da, rayonlara yağış yağacaq
  01 Noyabr 2013    Oxunub:1199
Gündüz 18 dərəcə isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, noyabrın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq.
Hava əsasən yağmursuz keçəcək. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 8-11, gündüz 15-18 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda noyabrın 2-də əsasən, dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı ehtimalı var.


Teqlər:  





Xəbər lenti