Səudiyyədə qadınlara taksi sürməyə icazə verildi

Səudiyyədə qadınlara taksi sürməyə icazə verildi
  23 Noyabr 2018    Oxunub:5440
Səudiyyə Ərəbistanında qadınlara xüsusi ailə taksilərini idarə etməyə icazə verilib.
Azvision.az xəbər verir ki, sürücü qadınlar yalnız aralarında yetkinlik yaşına çatan azı bir xanımın olduğu müştəriləri avtomobilə götürə bilərlər.

Bundan əlavə, qadın sürücülərin idarə etdiyi avtomobildə kişi müştərilərin ön oturacaqda əyləşməsi qadağan edilib.

Qeyd edək ki, bu il Səudiyyə Ərəbistanının tarixində ilk dəfə qadınlara avtomobil sürməyə icazə verilib.

Azvision.az



Teqlər:





Xəbər lenti