Məsciddə terror törədilib: Azı 26 nəfər ölüb

Məsciddə terror törədilib:  Azı 26 nəfər ölüb
  23 Noyabr 2018    Oxunub:4683
Əfqanıstanın şərqindəki Kost əyalətində məscidə edilən terror hücumu nəticəsində azı 26 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
Azvision.az “Tolo News”a istinadən xəbər verir ki, terakt terrorçu-kamikadzenin özünü partlatması nəticəsində baş verib. Partlayışın olduğu məscid Əfqanıstan ordusunun Kost əyalətindəki hərbi bazasının ərazisində yerləşdiyindən ölənlər arasında hərbçilərin də olduğu bildirilir.

Hazırda hadisənin baş verdiyi əraziyə xilasedicilər, təcili tibbi yardım maşınları və təhlükəsizlik qüvvələri cəlb ediliblər. Terakta görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Əfqanıstan   Terror  





Xəbər lenti