Mübariz Mədətov vəfat edib

 Mübariz Mədətov vəfat edib
  23 Noyabr 2018    Oxunub:6750
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sabiq rəisi müavini, əməkdar mühəndis Mübariz İsrafil oğlu Mədətov vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb. Bildirilib ki, sabiq rəis müavini bu gün 66 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Mübariz Mədətov 1952-ci il noyabrın 8-də Bakı şəhərində doğulub. 25 mömrəli məktəbin səkkizinci sinfini bitirdikdən sonra o, 1968-ci ildə Bakı Dəniz yolları Məktəbinə daxil olub. 1972-ci ildə həmin məktəbdə texnik gəmi sürücüsü, 1973-1989-cu illərdə Odessa Ali Dəniz Mühəndisləri Məktəbində mühəndis gəmi sürücüsü ixtisaslarına yiyələnib.

Əmək fəaliyyətinə 1972-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasının gəmilərində matros kimi başlayıb, sonralar 1973-1986-cı illərdə müxtəlif gəmilərdə kapitanın üçüncü, ikinci, böyük köməkçisi və kapitan işləyib. Mahir gəmi sürücüsü olan Mübariz Mədətov uzaq səfərlər kapitanı kimi dünyanın onlarla ölkəsinin limanlarına səfərlər edib.

1995-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin Kadrlar xidmətinin rəisi vəzifəsinə irəli çəkilib. İki bu vəzifədə çalışıb, 1997-ci ildə Gəmiçiliyin Sosial məsələlər və təsərrrüfat xidmətinin rəisi təyin edilib. 2000-ci ilin avqustunda Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifəsinə irəli çəkilən Mübariz Mədətov “AXDG” QSC yaranana kimi bu donanmaya rəhbərlik edib. Mübariz Mədətov 2014-cü ilin martından bir müddət QSC sədrinin müavini işləyib.

Mübariz Mədətovun gəmiçiliyin inkişafında səmərəli xidmətləri yüksək qiymətləndirilib. 2006-cı ildə “Tərəqqi” medalı ilə təltif olunub. 2012-ci ildə isə “Azərbaycanın əməkdar mühəndisi” fəxri adına layiq görülüb.

Allah rəhmət etsin!

Azvision.az


Teqlər: Mübariz-Mədətov  





Xəbər lenti