Sumqayıt YAP-çıları partiyanın ad gününü qeyd ediblər

Sumqayıt YAP-çıları partiyanın ad gününü qeyd ediblər
  22 Noyabr 2018    Oxunub:3161
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı 21 noyabr 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cı ildönümü münasibətilə tədbir keçirib.
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 26- cı ildönümü münasibətilə kećirilen tədbir Azərbaycan Respublikasının Himninin səsləndirilməsi ilə başladi.

Tədbiri giriş sözü ilə YAP Sumqayıt şəhər Təşkilatının sədri Ramiz Hüseynov açaraq, iştirakçı idarə, şura, gənc üzvləri salamlayib , hər kəsi Yeni Azərbaycan Partiyasının yaranmasının 26 - cı ildönümü münasibətilə təbrik edikdikdən sonra müstəqil Azərbaycan dövlətinin, Yeni Azərbaycan partiyasının memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Daha sonra Yeni Azərbaycan Partiyasının yaranması ilə bağlı qısa metrajlı film nümayiş etdirildi.

YAP Sumqayıt şəhər Təşkilatının sədri Ramiz Hüseynov YAP-ın yaranma tarixindən, həmin dövrlərdəki siyasi proseslər, ölkədə hökm sürən hərc-mərclikdən bəhs etdi. Sədr qeyd etdi ki, YAP Azərbaycanın müasir tarixinin ən önəmli məqamlarından biridir. Partiyanın əsası 1992-ci ildə Heydər Əliyev tərəfindən qoyulub. Partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilib və Ümummilli Lider Heydər Əliyev YAP-ın sədri seçilib. 2003-cü ildən partiyanın sədri cənab Prezident İlham Əliyevdir. YAP-ın sədri İlham Əliyev 2003-cü, 2008-ci,2013-ci və 2018 – ci illərdə Azərbaycanda keçirilən prezident seçkilərində qalib olub. 2010-cu il Milli Məclisə seçkilərdə partiya 125 mandatdan 72-sinə sahib olub. Partiya 2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə də inamlı qələbə qazanıb.Hazırda Azərbaycanın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası üzvlərinin sayı 1 milyona yaxındır.

Sonra çıxış edən YAP Sumqayıt şəhər Təşkilatının veteranı və qurucularından biri olan Əvəz Lələdağ Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən, sosial sifarişdən yaranması və ağır ictimai-siyasi proseslərdən şərəflə çıxmasından, ötən 26 il ərzində qazanılan uğurlardan geniş söhbət açdı. O qeyd etdi ki, xalq Ulu Öndərin 1969-1982-ci illərdəki Azərbaycana xidmətlərini unutmamışdır. O zaman geridə qalmış aqrar respublikadan Azərbaycanı müasir aqrar-sənəye diyarına çevirən məhz Heydər Əliyev olmuşdur.

Tədbirdə digər çıxış edənlər YAP Sumqayıt şəhər təşkilatının sədrin ideoloji işlər üzrə müavini, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 1 - ci müavini Teymur Səmədov, Sumqayıt Dövlət Üniversitetinin Azərbaycan və Şərqi Avropa tarixi kafedrasının müdiri, tarix elmləri doktoru Şirxan Səlimov, YAP Sumqayıt şəhər təşkilatı İdarə Heyətinin üzvü, EP – zavodu, mühəndis, ərazi ilk təşkilat sədri Nigar Cəfərova və Uşaq xəstəxanası, şöbə müdiri, ərazi ilk partiya təşkilat sədri Sehri Babayeva da Azərbaycan xalqının arzu və istəklərindən yaranan, ölkəmizin avanqard siyasi qüvvəsine çevrilen Yeni Azərbaycan Partiyasınin çekdiyi eziyyetlerden ve qazandigi ugurlardan behs etdi.

Tedbirde elece de YAP Sumqayıt şəhər təşkilatının ictimai – siyasi fəaliyyətində fəal iştirakına görə bir qrup partiya fəallalları Fəxri Fərmanlarla təltif olundular.

Tədbirdə YAP sıralarına qəbul olunmuş gənc yeni üzvlərə partiyanın vəsiqləri də təqdim olundu.





Teqlər: YAP  





Xəbər lenti