“İnterpol”un yeni prezidenti bəlli oldu

“İnterpol”un yeni prezidenti bəlli oldu
  21 Noyabr 2018    Oxunub:3093
“İnterpol”un (Beynəlxalq Cinayət Polisi İdarəsi ) yeni prezidenti Cənubi Koreya nümayəndəsi Kim Conq Yanq seçilib.
Azvision.az xəbər verir ki, bu barədə “İnterpol”un mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Conq Yanq “İnterpol”un Dubayda keçirilən Baş Assambleyasının sessiyası çərçivəsində baş tutan səsvermə nəticəsində təşkilatın prezidenti seçilib.

“The Times” qəzeti isə yazır ki, “İnterpol”un prezidenti postuna favorit namizəd Rusiyanın nümayəndəsi Aleksandr Prokopçuk olub. Lakin Ukrayna hökuməti onun namizədliyinə qarşı çıxıb və rusiyalının sədrlik edəcəyi təqdirdə təşkilatdan çıxacaqları ilə hədələyib.

Litva da Ukrayna ilə eyni mövqeni sərgiləyib. Həmçinin, ABŞ-ın bir qrup senatoru ABŞ prezidentinin administrasiyası və “İnterpol”un Baş Assambleyasına Prokopçuku dəstəkləməmək barədə çağırış ediblər.

Xatırladaq ki, “İnterpol”un sabiq çinli prezidenti Menq Hunvey ötən ay Çinə səfər edərkən bu ölkənin təhlükəsizlik xidməti tərəfindən həbs olunub, Daha sonra isə vəzifəsindən istefa verib. O, bir sıra qanun pozuntularında və vəzifəsindən sui-istifadədə ittiham olunur.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İnterpol   Rusiya   ABŞ  





Xəbər lenti