İlham Əliyev sabiq prezidenti qəbul edib

İlham Əliyev sabiq prezidenti qəbul edib
  01 Noyabr 2013    Oxunub:1075
İlham Əliyev Rumıniyanın keçmiş Prezidenti Emil Konstantineskunu qəbul edib.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Rumıniya Respublikasının keçmiş Prezidenti Emil Konstantineskunu qəbul edib.

Rumıniya Respublikasının keçmiş Prezidenti Emil Konstantinesku yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Görüşdə dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış ictimai xadimlərin, görkəmli elm adamlarının iştirak etdikləri III Bakı Beynəlxalq Humanitar Forumun əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı, Azərbaycan ilə Rumıniya arasında münasibətlərin müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyi məmnunluqla qeyd olundu, əməkdaşlığımızın gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminlik bildirildi.


Teqlər:  





Xəbər lenti