Estoniyanın sabiq prezidenti İlham Əliyevi təbrik edib

Estoniyanın sabiq prezidenti İlham Əliyevi təbrik edib
  31 Oktyabr 2013    Oxunub:905
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Estoniya Respublikasının keçmiş prezidenti Arnold Rüüteli qəbul edib.

Arnold Rüütel yenidən Prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik edib.

Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumun əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı bildirilib, Azərbaycanla Estoniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğu vurğulanıb, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti