Fransada etirazlar: 400-dən çox insan xəsarət alıb

  Fransada etirazlar:  400-dən çox insan xəsarət alıb
  18 Noyabr 2018    Oxunub:3271
Fransada yanacağın qiymətinin artması ilə əlaqədar keçirilən etiraz aksiyalarında 400-dən çox insan xəsarət alıb. Onlardan 14-nün vəziyyəti ağırdır.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, nümayişlər zamanı, həmçinin polis əməkdaşlarından və yanğınsöndürənlərdən 28 nəfəri yaralanıb. İzer departamentində bir nəfər həlak olub.

Etiraz aksiyaları ölkənin iki mindən çox şəhər və qəsəbəsində keçirilib, 280-dən çox nümayişçi saxlanılıb.

Azvision.az



Teqlər: Fransa   Etiraz  





Xəbər lenti