Azərbaycanda ömürlük həbsdə olan qadın yoxdur – rəsmi AÇIQLAMA

Azərbaycanda ömürlük həbsdə olan qadın yoxdur – rəsmi AÇIQLAMA
  31 Oktyabr 2013    Oxunub:1678
“Azərbaycanda qadınlar ömürlük həbs cəzasına məhkum edilmir”.

Bunu AzVision.az saytına açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

Mətbuat katibinin sözlərinə görə, qanunvericiliyin tələbinə müvafiq olaraq qadın məhkumlara ömürlük həbs cəzası tətbiq edilmir. Onlar ən pis halda 15 il azadlıqdan məhrum edilə bilərlər.

Həbsdə olan qadınların rəsmi statistikasına gəlincə, M.Sadıqov bu barədə açıqlama vermək səlahiyyətində olmadığını bildirib.

Qeyd edək ki, qeyri-rəsmi rəqəmlərə görə, hazırda Azərbaycanda 263-dən çox ömürlük məhbus var.

Onu da əlavə edək ki, Azərbaycanda ölüm hökmü 1998-ci ilin fevralında ləğv olunub. 2000-ci ildə qəbul edilən Cinayət Məcəlləsində ən yüksək cəza – güllələnmə ömürlük həbs cəzası ilə əvəzlənib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti