Hadı Rəcəbli: "Birinci qrup əlillərin sayı xeyli çoxalıb"

 Hadı Rəcəbli:  "Birinci qrup əlillərin sayı xeyli çoxalıb"
  17 Noyabr 2018    Oxunub:3207
"Pensiyaçiların tərkibi ödəmələrdə olan bəzi qeyri-səmərəli göstəricilər də bizi daim düşündürür"
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli YAP-ın rəsmi səhifəsinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, əvvəllər vaxtaşırı tənqid edilən pensiyaçıların tərkibində əlillərin faizinin çox olması pensiya islahatları ilə bağlı yeni qanunun tətbiq olunması hesabına 5%-dən çox azalıb.

"Bütün bunlara baxmayaraq gələn il üçün nəzərdə tutulan büdcədə pensiyaçıların 30%-nə qədərinin yenə də əlilliyə görə həmin ödəmələrə malik olacağı gözlənilir. Onu da vurğulamaq yerinə düşərdi ki, qanundakı yeni dəyişikliklərə görə II və III qrup əlillər güzəştli pensiyaya çıxmaq hüququndan məhrum olurlar. Təəssüflə qeyd etmək istərdim ki, əlilliyin qeydə alınmasıyla bağlı başqa bir paradoks özünü göstərməyə başlayıb. Bu da son aylar vaxtından əvvəl güzəştli pensiya sənədləşdirmək istəyən I qrup əlillərin sayının xeyli çoxalmasına gətirib çıxarıb".

Azvision.az


Teqlər: Əlil   Hadı-Rəcəbli  





Xəbər lenti