“Kaşoqinin öldürülməsi böyük xətadır” - Səudiyyəli nazir

“Kaşoqinin öldürülməsi böyük xətadır” -  Səudiyyəli nazir
  16 Noyabr 2018    Oxunub:3584
"Jurnalist Camal Kaşoqinin qətlə yetirilməsinin böyük cinayət və xəta olduğunu qəbul edirik"

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Əbdül əl-Cubeyr deyib.
İstintaq çərçivəsində Türkiyə tərəfi ilə əlaqədə olduqlarını söyləyən nazir cinayətlə bağlı daha çox dəlillər gözlədiklərini, araşdırmanın davam etdirildiyini bildirib.

XİN rəhbəri, həmçinin vurğulayıb ki, məlum cinayət hadisəsinə dair hələ də cavablandırılmamış suallar var.

Cubeyr Kaşoqi olayının siyasiləşdirilməsinin əleyhinə olduqlarını vurğulayıb. Onun sözlərinə görə, cinayətin beynəlxalq müstəviyə çıxarılması qəbuledilməzdir: "Bu məsələnin siyasiləşdirilməsi İslam dünyasının parçalanmasına səbəb olur".

Azvision.az



Teqlər:





Xəbər lenti