Tramp Gülənin ekstradisiyasına göstəriş verdi

 Tramp Gülənin ekstradisiyasına göstəriş verdi
  16 Noyabr 2018    Oxunub:7856
ABŞ prezidenti Donald Tramp FETÖ təşkilatının lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı göstəriş verib.
Azvision.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Bildirilib ki, Gülənin ekstradisiyasına dair qanuni yolların araşdırılması üçün Federal Təhqiqatlar Bürosu (FTB) və Daxili İşlər Nazirliyi təlimatlandırılıb.

İddia olunur ki, ABŞ səudiyyəli jurnalist Camal Kaşoqinin qətlindən sonra baş verən hadisələr fonunda belə bir qərar qəbul edib. Məlumata əsasən, Tramp Gülənin ekstradisiyası ilə Türkiyənin Səudiyyəyə təzyiqlərini yumşaltmaq istəyir.

Hələlik ABŞ rəsmiləri tərəfindən Gülənin ekstradisiyası barədə hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, rəsmi Ankara Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Fətullah Gülənin ölkəyə təhvil verilməsi üçün dəfələrlə ABŞ-a müraciət edib. Qarşı tərəf isə Türkiyənin çağırışlarına müsbət cavab verməyib.

Azvision.az



Teqlər: ABŞ   Gülən   Tramp  





Xəbər lenti