Ölkəyə metadon gətirən şəxs tutuldu

Ölkəyə metadon gətirən şəxs tutuldu
  15 Noyabr 2018    Oxunub:5064
Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az-a verilən məlumata görə, yoxlama zamanı, zərurət yarandığı üçün vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Tibbi müayinə nəticəsində, vətəndaşın düz bağırsağından, gömrük nəzarətindən gizlədilən, 1 ədəd sellofan bükümdə 60 ədəd açıq qəhvəyi rəngli üzərində "F/M40" nişanəsi olan metadon adlı dərman preparatları, 18 ədəd qırıntıları və çəkisi 2,173 qram olan açıq qəhvəyi rəngli toz halında metadon aşkar olunub.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan həmin preparatlarda metadonun təsiredici maddəsinin ümumi miqdarı 2,8 qram təşkil edir.

Azvision.az


Teqlər: DGK   metadon  





Xəbər lenti