“Deputatların gəlir deklorasiyası qəbul edilməlidir” - Əflatun Amaşov

“Deputatların gəlir deklorasiyası qəbul edilməlidir” -  Əflatun Amaşov
  15 Noyabr 2018    Oxunub:1638
“Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin 10-cu maddəsinə edilən dəyişikliklərə görə, deputat vəzifəsinin icrası ilə əlaqədar ümumi məbləği 55 manatdan yüksək olan hədiyyə qəbul edə bilməz. Mən belə qənaətdəyəm ki, bu məbləğ kifayət qədər azdır. Çünki, başqa ölkələrdə bu rəqəm daha böyükdür. Biz gərək korrupsiya haqqında qanunda bu rəqəmi dəyişək, məhz orada həmin rəqəmin artırılması ilə bağlı təklif irəli sürək. Belə olsa, problem öz həllini tapacaq”.
Azvision.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin bu gün keçirilən deyib.

Deputat bildirib ki, maraqların toqquşmasının qarşısının alınması məsələsi vacibdir. “Heç bir deputat səlahiyyətlərinin icrası çərçivəsində statusundan öz maraqları üçün istifadə etməməli, xidməti vəzifəsini icrası ilə maraqları arasında ziddiyyət yarandıqda maraqlarından imtina etməlidir. Burada deyilənlər başqa ölkələrdə çoxdan, daha sərt şəkildə qəbul olunub. Böyük Britaniyada elə ola bilər ki, deputat parlamentin yeməkxanasında xərclədiyi pulun hesabatını verməlidir. Almaniyada deputatlar cinayətdə ittiham edilirsə, onu iclas zalında həbs edə bilərlər. Elə ölkələr var ki, deputat seçiciləri ilə görüşməsə, onlarla kobud davransa, ictimai yerdə özünü qeyri-etik aparsa, hətta parlamentdə çıxış etsə, onu çox ağır cəza gözləyir”.

Ə.Amaşov deputatların gəlir deklorasiyasının qəbul edilməsini təklif edib. “Hesab edirəm ki, qanun layihəsini hazırlayarkən Əli Hüseynlinin rəhbərlik etdiyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi beynəlxalq təcrübəni öyrənib. Beynəlxalq təcrübədə gəlir deklorasiyası əsas şərtlərdən biri kimi göstərilib. Gəlir deklorasiyasının tətbiqini bu dəfə də olmasa, gələn dəfə gündəmə gətirək və qəbul edək. Bunun üçün qanunvericilik bazamız da mövcuddur”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Büdcə  





Xəbər lenti