Qanunsuz ov edən qardaşlar saxlanıldı

Qanunsuz ov edən qardaşlar saxlanıldı
  15 Noyabr 2018    Oxunub:2795
Polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə respublikanın şəhər və rayonlarında mütəmadi tədbirlər həyata keçirilir.
DİN Mətbuat Xidmətindən Azvision.az-a verilən məlumata görə, noyabrın 14-də Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Aşağı Cürəli kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri Nemət Xanışov, Ramin Vahabov və onun qardaşı Sadiq saxlanılıblar.

Onlardan “TOZ”, “İJ” və “MR” markalı 3 ədəd ov tüfəngi, 22 ədəd patron, 7 ədəd giliz və 5 ədəd ovlanmış quş götürülüüb. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Ov  





Xəbər lenti