Elçin Quliyev MDB ölkələrinin iclasında
İclas zamanı MDB iştirakçısı olan dövlətlərin sərhədlərində vəziyyət, onun inkişaf tendensiyaları və sərhəd təhlükəsizliyinin təmin edilməsi barədə fikir mübadiləsi aparılıb, sərhədlərdə baş verən böhran hallarının tənzimlənməsi üzrə birgə təlimlərin təşkil olunması, Böyük Vətən Müharibəsində qələbənin 75-ci ildönümünün qeyd olunması ilə bağlı SQKŞ-nin Tədbirlər Planının həyata keçirilməsi, elmi-tədqiqat fəaliyyətinin aparılması, 2018-ci ildə SQKŞ-nin fəaliyyətinin nəticələri və 2019-cu il üçün tapşırıqları, növbəti iclasın gündəliyi və digər məsələlər müzakirə olunub.
İclasdan sonra Rusiya, Belarus, Türkmənistan, Tacikistan Sərhəd Xidmətlərinin rəhbərləri ilə görüşlər keçirilib, qarşılıqlı əlaqələrin perspektivləri və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin nümayəndə heyətləri arasında görüş keçirilib, ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və qarşılıqlı faydalı inkişafı məsələləri müzakirə olunub, görüşün yekunlarına dair ikitərəfli protokol imzalanıb. Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.
Azvision.az
Teqlər: DSx MDB Elçin-Quliyev