Bakıda beynəlxalq konfrans keçirilir - FOTOLAR

 Bakıda beynəlxalq konfrans keçirilir -  FOTOLAR
  15 Noyabr 2018    Oxunub:3135
Bu gün Bakıda Avropa Şurasının, Hüquqşünasların Beynəlxalq Komissiyasının və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Azvision.az xəbər verir ki, tədbirdə 16 xarici ölkənin, o cümlədən Belarus, Gürcüstan, Rusiya, Türkiyə, Niderland, Böyük Britaniya, Fransa, İsveçrə, Qazaxıstan, Ukrayna, Özbəkistan Vəkillər kollegiyalarının rəhbərləri və üzvləri, Avropa Şurasının, Avropa İttifaqının, Hüquqşünasların Beynəlxalq Komissiyasının, Birləşmiş Millətlər Təşkilatının, Avropa Vəkillər İttifaqının, Hüquq cəmiyyətləri və digər beynəlxalq təşkilatların nümayəndələri, habelə Milli Məclisin deputatları, Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin və digər məhkəmələrin hakimləri, dövlət orqanları və qeyri-hökumət təşkilatlarının, Vəkillər Kollegiyasının təmsilçiləri yerli və beynəlxalq ekspertlər iştirak edirlər.

İki gün davam edəcək və 4 sessiyada keçiriləcək konfransda müvəkkillərin insan hüquqlarının müdafiəsini həyata keçirərkən vəkillərin əməl etməli olduqları tələb və şərtlərin müqayisəli təhlili aparılır.



















Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az



Teqlər: Konfrans  





Xəbər lenti