Azərbaycana qarşı qərəzli mövqe tutan təşkilat terroru dəstəkləyir - FOTO

Azərbaycana qarşı qərəzli mövqe tutan təşkilat terroru dəstəkləyir -  FOTO
  14 Noyabr 2018    Oxunub:4943
Sığınacaq almaq üçün İsveçrə hökumətinə müraciət edən PKK terror təşkilatının lideri Abdullah Öcalanın “sağ əli”, “Sarı Sadun” kod adlı Osman Ərdal 5 həftədir Surix hava limanında gözlədilir.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, oktyabrın 9-da Cənubi Afrikanın Yohannesburq şəhərininin onun üçün təhlükəsiz olmadığını əsas gətirərək Ərbilə, oradan da Sürixə gələn “qırmızı bülleten”lə axtarışda olan terrorçunun İsveçrədən sığınacaq tələbi rədd edilib.



Beynəlxalq hüquq müdafiə təşkilatı kimi təqdim edilən “Amnesty İnternational” İsveçrədən rədd cavabı alan terrorçunun müdafiəsinə qalxıb. Artıq təşkilat İsveçrə hökumətindən sığınacaq tələbinə müsbət cavab verilməsi üçün çağırış edib. Hətta bu məqsədlə imza toplama kampaniyası başladılıb.

Dəfələrlə Azərbaycana qarşı qərəzli mövqe tutan təşkilatın hansı səbəbdən terrorçunu müdafiə etməsi maraq doğurur. Görünür, “Amnesty İnternational”ın fəaliyyəti beynəlxalq hüququn müdafiəsinə yox, şəxsi maraqlar üzərində qurulub. Belə olmasaydı, beynəlxalq təşkilat Türkiyə kimi lider dövlətin axtarışa verdiyi əli qanlı terrorçunu müdafiə etməzdi, əksinə onun ədalət məhkəməsinə cəlb olunmasına səy göstərərdi.

Qeyd edək ki, Osman Ərdal, Murad Qarayılan və Cəmil Bayık kimi PKK liderləri “qırmızı bülleten”lə axtarışda olan 100 ən təhlükəli terrorçu arasındadır.




Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Öcalan   Terrorçu   PKK   İsveçrə   Sürix  





Xəbər lenti