"Şəhid ailələri ilə bağlı gərginlik yaratmağa ehtiyac yoxdur" - Musa Qasımlı

"Şəhid ailələri ilə bağlı gərginlik yaratmağa ehtiyac yoxdur" -  Musa Qasımlı
  13 Noyabr 2018    Oxunub:2972
“Şəhid ailələri ilə bağlı məsələni həll etmək lazımdır. Bu, sadəcə, maliyyə məsələsi deyil, dövlətçilik, milli-mənəviyyat məsələsidir”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Musa Qasımlı deyib. Deputat bildirib ki, bu məsələlərdə gərginlik yaratmağa ehtiyac yoxdur.

M.Qasımlı qeyd edib ki, biz vətəndaşlarımzda özünəməşğulluq proqramının təşviq edilməsinə geniş yer verməliyik: “Belə olan halda, vətəndaş həm özünü təmin edəcək, həm də bazara məhsul çıxaracaq, sosial gərginlik olmayacaq. Bu, çox vacib məsələdir”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: MM   Musa-Qasımlı  





Xəbər lenti