Vahid Əhmədov: “Kreditlərlə bağlı vəziyyət kritikdir”

 Vahid Əhmədov:  “Kreditlərlə bağlı vəziyyət kritikdir”
  13 Noyabr 2018    Oxunub:2006
“Konstitusiya Məhkəməsi bu yaxınlarda dollarla olan kreditlərlə bağlı qərar qəbul edib. Bu qərarı ümumiyyətlə qəbul etmirəm”
Azvision.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib. O, xatırladıb ki, həmkarı Əli Məsimli ilə birlikdə dövlət başçısına müraciət edib:

“Bank sistemində olan vəziyyəti düzəltməklə bağlı müəyyən təkliflər vermişdik. Təkliflərə cənab prezident tərəfindən də imza atılaraq göndərilmişdi. Amma sonradan Konstitusiya Məhkəməsi belə bir qərar qəbul etdi. Hazırda vaxtı keçmiş kreditlərlə bağlı məsələ daha da kritik vəziyyətə gəlib çıxıb. Maliyyə Bazarlarına Nəzarət Palatası bank sistemi ilə bağlı məsələni nəzarətə götürsə də, müəyyən işlər görsə də ciddi dəyişikliklər edilməlidir”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Bank   Kredit   Milli-Məclis  





Xəbər lenti