“Dində “cin çıxartmaq” anlayışı yoxdur” - Hacı Şahin
Məşədi Dadaş məscidinin imamı, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli "Cin çıxartma" məsələsinə münasibət bildirib. Din xadimi Azvision.az-a açıqlamasında deyib ki, İslam dinində "cin çıxartma" müalicə üsulu haqqında hansısa bir məlumat yoxdur.
“Bu deyilənlərin dinlə hər hansısa bir əlaqəsi yoxudr. İnsanlar xəstələndikləri zaman həkimə mürcaiət etməlidirlər və onların vasitəsi ilə müalicə olunmalıdırlar. Təbii ki, bu zaman müəyyən duaları etmək mümkündür. Bu, normaldır. Dua ona görə edilir ki, məqsədinə çatasan, sağalsan və s. Amma cindarlıqla məşğul olmaq, kiminsə içindən cin çıxartmaq, bunlar xurafatdır. Bir mənalı olaraq insanlar bilməlidirlər ki, dinimizdə cin çıxartma ilə bağlı heç nə yazılmayıb. Ümumiyyətlə, bunların dinə aidiyyatı yoxdur. Bu kimi əməllərdən imtina etmək lazımdır. Belə insanlar başqalarının inancından istifadə edib, qanunusuz işlərlə məşğul olurlar. Cahil, savadsız adamlar isə xəbərsizlikdən bu cür insanların təsirinə düşürlər”- deyə Hacı Şahin Həsənli vurğulayıb.
Şahanə Rəhimli
Azvision.az
Oxşar yazı - “Cin çıxarmaq” adı ilə 25 yaşlı oğlanı öldürənlər tutuldu
Teqlər: Hacı-Şahin