Bakı Avropa Olimpiya Gənclər Festivalına hazırdır

Bakı Avropa Olimpiya Gənclər Festivalına hazırdır
  10 Noyabr 2018    Oxunub:1352
İspaniyanın Marbella şəhərində Avropa Olimpiya Komitəsinin sayca 47-ci iclası öz işinə başlayıb.
Azvision.az xəbər verir ki, Azərbaycanı bu tədbirdə gənclər və idman naziri Azad Rəhimov təmsil edir. Nazir toplantıda Bakı şəhərinin 2019-cu ildə 20-28 iyul tarixlərində ev sahibliyi edəcəyi Avropa Olimpiya Gənclər Festivalına hazırlıqlarını əks etdirən təqdimat ilə çıxış edib.

A.Rəhimov bildirib ki, 3600 idmançının qatılacağı yarışlar üçün Atletlər kəndində 6 bina nəzərdə tutulub. Ümumilikdə idmançıların 10 (atletika, basketbol, velosiped, gimnastika, həndbol, cüdo, güləş, üzgüçülük, tennis, voleybol) idman növündə mübarizə aparacaqlarını qeyd edən nazir yarışların 12 idman arenasında keçiriləcəyini diqqətə çatdırıb.

Gənclər və idman naziri yarışlara 50 Avropa ölkəsinin qatılacağını bildirərək, 48 ölkənin nümayəndə heyətinin rəhbərlərinin (Shef de Mission) bu gün üçün iştiraklarına təsdiq verdiklərini vurğulayıb.

İdman yarışlarının ayrılmaz qüvvəsi sayılan könüllülər haqqında da danışan nazir 2500 nəfərin yarışlara cəlb olunacağını bildirib.

Qeyd edək ki, "Bakı 2019"un rəsmi internet səhifəsi www.eyeofbaku2019.com-dur. Yarışın açılış mərasimi 21 iyul 2019-cu il tarixdə Crystal Hall-da gerçəkləşəcək.

Azvision.az



Teqlər: Azad-Rəhimov   Nazir  





Xəbər lenti