Tibbi sığortalar niyə ləngiyir?

Tibbi sığortalar niyə ləngiyir?
  30 Oktyabr 2013    Oxunub:953
`2008-ci ildə Səhiyyə Nazirıliyi tərəfindən İcbari tibbi sığortanın konsepsiyası hazırlanıb və Nazirlər kabinetinə təqdim olunub. Bundan sonra Nazirlər kabineti yanında agentlik yaradılıb. Səhiyyə nazirliyinin buna heç bir aiddiyatı yoxdur`.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib.

Onun sözlərinə görə, bu gün bu proses ona görə ləngiyir ki, həm maliyyə mexanizmləri, həm də qurumlar arasında münasibətlər mexanizmi, klinikaları seçmə mexanimzi işlənir:

`Konsepsiyada çox şey var, sadəcə bu mexanizmlər dəqiqləşəcək qısa zamanda. Çox mühüm məsələdir. Səhiyyədə maliyyə sistemini dəyişdirən bir sistemdir. İndiki səhiyyə sistemi Semoşko sistemi idi. Onun maliyyələşdirməsi də köhnə qayda ilə gedirdi. Amma icbari sığortanın tətbiqi bu sistemi tamam dəyişəcək`.

Fatimə


Teqlər:  





Xəbər lenti