Komitə İsveçdəki tarixi mərkəzlə əməkdaşlıq edəcək
Öz növbəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, qəbula görə minnətdarlığını bildirərək, rəhbərlik etdiyi qurum və onun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycan İsveçlə əlaqələrin inkişafında maraqlıdır və bunun üçün elmi-tarixi araşdırmalar böyük maraq doğurur. “Nobel qardaşlarının neft istehsalı şirkətinin” Azərbaycandakı fəaliyyətinə toxunan Dövlət Komitəsinin sədri bu barədə kitabların yazıldığını və hətta filmin də çəkildiyini vurğulayıb.
Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin Stokholmdakı Biznes Tarixi Mərkəzi ilə əməkdaşlıq layihələri müzakirə olunaraq, birgə fəaliyyətin həyata keçirilməsi istiqamətində danışıqların aparılması qərarı verilib.
Azvision.az