Fuad Muradov isveçdəki azərbaycanlılarla görüşüb
SAF - İsveç-Azərbaycan Birliyinin rəhbəri Sevda Dadaşova təşkilat fəalları ilə görüşə gəldiyi üçün nümayəndə heyətinə minnətdarlığını bildirərək, rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən, keçirdiyi tədbirlərdən və qarşısına qoyduğu məqsədlərdən söz açıb.
Diaspor fəaliyyəti ilə bağlı interaktiv müzakirələrlə keçən tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissədə uşaq musiqi-rəqs qrupu tərəfindən Azərbaycan milli rəqslərinin ifası böyük marağa səbəb olub. Sonda Dövlət Komitəsi tərəfindən SAF təşkilatının uşaq musiqi-rəqs qrupuna hədiyyələr təqdim edilib.
Azvision.az
Teqlər: Diaspora