Noyabr ayına olan hava proqnozu

Noyabr ayına olan hava proqnozu
  30 Oktyabr 2013    Oxunub:2511
Azərbaycanda noyabr ayının hava proqnozu açıqlanıb.
AzVision.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata görə, noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi rayonlarda isə normadan bir dərəcə yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, ayrı-ayrı rayonlarda isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 10-12 dərəcə isti (gecələr 5-10, gündüzlər 14-19 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 28-38 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 7-10 dərəcə isti (gecələr 3-7 dərəcə isti, ayın ikinci yarısında 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 11-16, ayın ikinci yarısında 7-10 dərəcə isti gözlənilir) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir .
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 4-7 dərəcə isti (gecələr 1-5 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 0-5 dərəcə isti təşkil edəcək) gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 7-10 dərəcə isti (gecələr 3-8, bəzi günlərdə 0-3 dərəcə isti, gündüzlər 12-17, bəzi günlərdə 6-10 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-24 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 5-9 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 4-8 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-73 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 9-12 dərəcə isti (gecələr 6-11, bəzi günlərdə 2-6, gündüzlər 14-19, bəzi günlərdə 7-12 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-45 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 8-12 dərəcə isti (gecələr 6-11, bəzi günlərdə 0-5, gündüzlər 13-18, bəzi günlərdə 6-11 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 55-170 mm) olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti