Miqrasiya Xidməti yanında İctimai Şuranın iclası keçirilib
Xidmətin keyfiyyətinin artırılmasında ictimai nəzarətin əhəmiyyətini vurğulayan Xidmət rəisi İctimai Şura ilə səmərəli əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib. DMX-nin əsas prioriteti kimi müraciət edənlərin məmnunluğunun təmin edilməsinə, operativlik, şəffaflıq prinsiplərinin daha mükəmməl şəkildə reallaşdırılmasına İctimai Şuranın bundan sonra da öz töhfəsini verəcəyini diqqətə çatdırıb. Sonra Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri öz fikir və təkliflərini bildiriblər.
Şura tərəfindən respublikamızda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının genişləndirilməsi, onların qanuni mənafelərinin daha mükəmməl qorunması, miqrasiya proseslərinin tənzimlənməsi və miqrasiya proseslərinin təkmilləşdirilməsi məqsədilə hazırlanmış təkliflər geniş müzakirə olunub.
Azvision.az
Teqlər: DMX İctimai-Şura