Bakıda 77 yaşlı qadın yanaraq ölüb

Bakıda 77 yaşlı qadın yanaraq ölüb
  06 Noyabr 2018    Oxunub:2915
Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1941-ci il təvəllüdlü Axundova Tamella Həbib qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: FHN   Yanğın  





Xəbər lenti