Bakıda Türkiyənin milli bayramı qeyd edildi

Bakıda Türkiyənin milli bayramı qeyd edildi
  30 Oktyabr 2013    Oxunub:878
Bakıda Türkiyənin milli bayramı – Respublika gününün 90-cı ildönümü qeyd olunub.
Bu gün Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyənin milli bayramı - Respublika gününün 90-cı ildönümü münasibətilə 90 illiyi münasibətilə rəsmi qəbul təşkil edib.

AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən səfir İsmayıl Alpər Coşqun Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyənin istiqlal mübarizəsindən və ölkəsinin keçdiyi inkişaf yolundan danışıb. Azərbaycanın və Türkiyənin tarixinə qısa nəzər salan səfir bildirib ki, ümummilli lider Heydər Əliyev ölkələrimiz arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində misilsiz rol oynayıb: "Bu gün Türkiyə və Azərbaycan sıx birliyə nail olub və ölkələrimiz iqtisadi cəhətdən inkişaf etdikcə gələcəyə daha inamla addımlayırlar. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan regionda lider dövlətə çevrilib".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Azərbaycan ərazilərinin tezliklə işğaldan azad olunmasının zəruriliyini vurğulayıb: "Bu məsələ təkcə Azərbaycanın deyil, bütün türk dünyasının problemidir və Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır".

Azərbaycan Baş nazirinin müavini Abid Şərifov Prezident İlham Əliyevin adından milli bayram münasibətilə mərasim iştirakçılarını, bütün Türkiyə xalqını təbrik edib, qardaş ölkəyə uğurlar arzulayıb. O, iki ölkə arasındakı elm, təhsil, iqtisadiyyat, mədəniyyət və hərbi sahələrdə sıx əməkdaşlığın olduğunu söyləyib.

A.Şərifov Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş etdirdiyi qardaşlıq mövqeyini yüksək qiymətləndirib.

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, türkiyəli iş adamları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.


Teqlər:





Xəbər lenti