Türkiyədə İŞİD əməliyyatı - 24 nəfər saxlanılıb

Türkiyədə İŞİD əməliyyatı -  24 nəfər saxlanılıb
  06 Noyabr 2018    Oxunub:1807
Türkiyənin Diyarbəkir vilayətinin 11 rayonunda İŞİD qruplaşmasına qarşı geniş antiterror əməliyyatı keçirilib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı 24 şübhəli saxlanılıb.

Üzərlərinə baxış keçirilərkən, saxlanılan şəxslərdən 579 min 608 ABŞ dolları, 5 min 300 avro, 1 milyon 304 min Türkiyə lirəsi, 124 min 800 Suriya lirəsi, 36 mobil telefon, qanunsuz işlərdə istifadə etdikləri digər qurğular və saxta sənədlər aşkar olunub.

Dəstə üzvlərinin Suriya, Livan, Liviya, İraq, İndoneziya və digər ölkələrə qanunsuz pul köçürdükləri müəyyən edilib.

Azvision.az



Teqlər: Türkiyə   İŞİD  





Xəbər lenti