Prezident dostluq qrupunun sədrini qəbul edib

  29 Oktyabr 2013    Oxunub : 426
Prezident dostluq qrupunun sədrini qəbul edib
Azərbaycan Prezident İlham Əliyev Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Deputatlar Palatasının müvəkkili Klaudio Kajadonu qəbul edib.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edən Klaudio Kajado oktyabrın 9-da Azərbaycan xalqının müdrik seçim etdiyini vurğulayıb.

Braziliyalı qonaq iştirak edəcəkləri III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini qeyd edib. Nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini deyən Klaudio Kajado yeni yaradılan Braziliya-Azərbaycan dostluq qrupunun fəaliyyətinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Dövlət başçısı Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Siyasi əlaqələrin yaxşı səviyyədə olduğun qeyd edən Prezident İlham Əliyev bu yaxınlarda Braziliyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini təqdim etməsinin əhəmiyyətini qeyd edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün də böyük imkanların olduğunu deyib.
Prezident İlham Əliyev Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasını ölkələrimiz arasında əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. III Bakı Beynəlxalq Humanitar Forumunun önəmini vurğulayan Prezident İlham Əliyev Forum çərçivəsində keçiriləcək görüşlərin ölkələrarası əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Teqlər: