AXCP-nin Müsavatla yolları ayrıldı

AXCP-nin Müsavatla yolları ayrıldı
  29 Oktyabr 2013    Oxunub:1065
AXCP və Müsavat Partiyalarının birləşdiyi İctimai Palata (İP) yaxın günlərdə buraxılacaq.
Bunu AzVision.az-a açıqlamasında İP üzvü AXCP-nin sədr müavini Fuad Qəhərmanlı bildirib.

O vurğulayıb ki, hazırda prioritet təşkilat Milli Şura hesab olunur: “İctimai Palatada təmsil olunan şəxslər Milli Şurada da təmsil olunur. Siyasi təşkilatlanma baxımından Milli Şura daha təkmil formadadır. Artıq İctimai Palata müəyyən mənada öz funksiyasını, rolunu yerinə yetirmiş kimi görünür. Ona görə də Milli Şurada təşkilatlanma və qarşıda duran vəzifələrin icrası istiqamətində fəaliyyət göstərməsi gündəmin əsas mövzusudur. İctimai Palata siyasi missiyasını bitirdiyi üçün onun buraxılması da yəqin ki, yaxın günlərdə reallaşacaq”.

AXCP rəsmisi vurğulayıb ki, bu təklif müzakirə olunub, artıq ümumi fikir var, sadəcə bunun qərar halına salınması qalıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti