ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv etdi

ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv etdi
  02 Noyabr 2018    Oxunub:3876
ABŞ Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı tətbiq etdiyi sanksiyaları ləğv edib.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında baş tutan telefon söhbətində sanksiyaların qarşılıqlı ləğvi barədə razılıq əldə olunub.

Artıq Vaşinqtonun bu addımına cavab olaraq Türkiyə Xarici İşlər Nazirliyi də ABŞ-ın daxili təhlükəsizlik naziri Kirsten Nilsen və ədliyyə naziri Ceff Sessionsa münasibətdə tətbiq etdiyi analoji sanksiyaları aradan qaldırdıqlarını bəyan edib.

Xatırladaq ki, FETÖ terrorçuları ilə əlaqədə və casuluqda ittiham olunan amerikalı keşiş Endryu Bransonun həbsi ilə əlaqədar Vaşinqton avqustda Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiya tətbiq etmişdi. Buna cavab olaraq Ankara da oxşar addım atmışdı.

Qeyd edək ki, İzmir Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabrda çıxardığı qərarla keşiş Endryu Branson azadlığa çıxaraq ABŞ-a geri dönüb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   ABŞ  





Xəbər lenti