Əri Gülər Əhmədovadan danışdı: “Gəlib görərsiniz”

Əri Gülər Əhmədovadan danışdı: “Gəlib görərsiniz”
  29 Oktyabr 2013    Oxunub:1153
“Onun səhhəti ilə bağlı heç bir söz deyə bilmərəm”.
Bunu Azvision.az-a açıqlamasında sabiq millət vəkili Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov deyib:

“Mən də onu dünəndən görənəm. Bilmirəm səhhəti necə oldu. Məhkəməyə gəlib, görə bilərsiniz”- deyə F. Əhmədov bildirib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlərə Dair Məhkəmədə eks deputat Gülər Əhmədovanın məhkəməsi olub. Əhmədovanın səhhəti pisləşdiyindən məhkəmə prosesi oktyabrın 31-ə qədər təxirə salınıb. G. Əhmədova Cinayət Məcəlləsinin 307.2 (cinayət haqqında məlumat verməmək və məlumatı gizlətmək) və 178.3.2 (geniş miqyasda törədilmiş dələduzluq)
maddələri ilə təqsirli bilinir.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti