21 nəfərin ölümünə görə iki nazir istefa verdi

 21 nəfərin ölümünə görə iki nazir istefa verdi
  02 Noyabr 2018    Oxunub:2990
İordaniyanın Ölü dəniz rayonunda baş verən daşqınlar nəticəsində əksəriyyəti 14 yaşınadək şagirdlərin olduğu 21 nəfərin ölümünə görə ölkənin təhsil və turuzm nazirləri istefa veriblər.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, faciə ilə bağlı araşdırma aparmaq üçün İordaniya parlamentində yaradılan komitə bəzi nazirliklər tərəfindən səhlənkarlığa yol verildiyini üzə çıxarıb. Bu da öz növbəsində oxşar fövqəladə vəziyyətlərdə hökumət qurumlarının hazırlıq səviyyəsini sual altına qoyub.

Bununla əlaqədar olaraq, İordaniyanın təhsil naziri Əzmi Mahafza və turizm naziri Lina Ənnəb ərizə yazaraq vəzifələrindən istefa veriblər.

Xatırladaq ki, ötən həftə Ölü dənizin sahili ilə içərisində 37 şagird və 7 müəllimin olduğu məktəb ekskursiyasına çıxan avtobusu sel aparıb. Nəticədə avtobusdakı 21 nəfər həlak olub. Rəsmi məlumata görə, əvvəlcədən təsdiq olunan marşruta baxmayaraq, ekskursiya təşkilatçıları yolu dəyişib və bununla da avtobus təbii fəlakətin ağuşuna düşüb. İordaniya kralı Abdulla hadisəni böyük faciə adlandıraraq müstəqil araşdırma komitəsinin yaradılmasına göstəriş verib. faciə ilə əlaqədar ölkədə matəm elan olunub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İordaniya   Ölüdəniz  





Xəbər lenti