Nazirlər Kabineti: “Binalar dövlət hesabına tikilməyəcək” - AÇIQLAMA

Nazirlər Kabineti:  “Binalar dövlət hesabına tikilməyəcək” - AÇIQLAMA
  29 Oktyabr 2013    Oxunub:1311
“Nazirlər Kabinetinin işçiləri üçün nəzərdə tutulan binalar dövlət hesabına tikilməyəcək”.

Bunu Azvision.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.

Onun sözlərinə görə, nəzərdə tutulan binalar Nazirlər Kabinetinin işçilərinin öz hesabına inşa ediləcək.

“Bina kooperativ binadır, bütün işçilərə şamil edilir, kim istəyib müraciət edib, evlər hazır olandan sonra da həmin şəxslərə veriləcək”.

Qeyd edək ki, Nazirlər Kabinetinin işçiləri üçün Musabəyov dairəsində (Zərgərlik Zavodu yaxınılığında) 3 yaşayış binası tikilir. Binalar 20 mərtəbəli olacaq və ümumilikdə 360 mənzilin olması nəzərdə tutulub.. Tikinti işlərini gələn ilin sonuna kimi yekunlaşdırmağı gözlənilir.

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti