“100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb” - Əli Hüseynli

 “100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb” -   Əli Hüseynli
  02 Noyabr 2018    Oxunub:1594
“2007-ci illə müqayisədə hakimlərin sayın 2 dəfə artıb. Bununla yanaşı, məhkəmə-hüquq islahatları çərçivəsində qanunvericilik, institusional tədbirlər də görülüb”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin son dövrlər korrupsiyaya və neqativ hallara qarşı mübarizənin gücləndiririlməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr məhkəmə-hüquq sistemindən də kənarda qalmayıb:

“Məhkəmə Hüquq Şurasının fəaliyyəti dövründə 230-dan artıq hakim barədə intizam icraatı başlanılıb, qanun pozuntusu və digər neqativ hallara yol verdiyinə görə 100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb”

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis   Əli-Hüseynli  





Xəbər lenti