Elmira Axundova fəhlələrin halına yandı

Elmira Axundova fəhlələrin halına yandı
  29 Oktyabr 2013    Oxunub:1234
”Onların nəfəs borularında, ciyərlərdə xəstəlik yaranırr”.
Millət vəkili Elmira Axundova Milli Məclisin bu günki iclasında tikinti obyektlərində baş verən bədbəxt hadisələrdən danışıb.

AzVision.az-ın verdiyi xəbərə görə, millət vəkili tikinti zamanı baş verə biləcək hadisələrin qarşısının alınmasını təklif edib.

“Belə hadisələr təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticəsində yaranır. Fəhlələrə qoruyucu maskalar, digər təhlükəsizlik vasitələri verilmədən işə alırlar. Bədbəxt hadisələr nəticəsində də onlar xəsarət alır. Eyni zamanda onların nəfəslərinə toz dolur. Belə olan halda , onların nəfəs borusunda, ciyərlərdə xəstəlik yaranır. Düzdür bu əlavə vasitələr şirkət rəhbəri üçün əlavə xərcdir. İşçilər bunu tələb edəndə şirkət rəhbəri xoşun gəlmirsə işləməyə bilərsən deyir. Tikilən binalar qoruyucu örtüklərlə örütlmür. Bu da ətrafda keçən insanlar üçün təhlükə mənbəyidir. Bu yaxınlarda mən də Xaqanı küçəsində gedərkən belə bədbəxt hadisənin şahidi olmuşam. Bakı bundan sonra hələ çox abadlaşacaq. Ona görə də düşünürəm ki, binaların qoruyucu örtüklə örtülməsi vacibdir”.

Sevinc İltifatqızı




Teqlər:  





Xəbər lenti